10:59
(077) 610-22-33

Yanacaq maşını körpüdən aşdı

  • >
322 15 Noyabr 2013 23:36 | Hadisə

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. APA-nın xəbərinə görə, "Koroğlu" metro stansiyası yaxınlığındakı körpünün üzərində hərəkətdə olan "MAN" markalı yük maşını aşıb.

Sabunçu Rayon Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisəyə səbəb sürücünün sərxoş halda avtomaşını idarə etməsi olub. İdarəetməni itirən sürücü maşını əvvəlcə körpü üzərindəki elektrik dirəklərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb.

Avtomaşının yanacağı asfalta dağılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yola dağılan yanacaq yuyularaq təmizlənib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az
Bağla X