06:51
(077) 610-22-33

Layihə rəhbəri: “Körpünü özümüz uçurmuşuq“

  • >
207 16 Noyabr 2013 18:04 | Hadisə

Layihə rəhbəri

Azərbaycanın 100 milyardlıq layihəsi barədə bəd xəbər yayıldı


Noyabrın 16-da "Khazar İslands"-da böyük bir körpünün uçması xəbəri yayılıb. Musavat.com-a verilən xəbərdə bildirilirdi ki, uçan körpü adalar kompeksindəki tikintisi başa çatmamış körpülərdən biridir. Uçqun zamanı insan tələfatı baş verməyib.

"Khazar İslands" layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmli musavat.com-a faktı təsdiq edib. nin sözlərinə görə körpünün uçması yayılan xəbərlərdə deyildiyi kimi qəza nəticəsində olmayıb: "İki adanı birləşdirən körpünün bir hissəsi texniki standartlara cavab vermirdi, memarlıq tələblərini pozurdu. Mütəxəssislərlə məsləhətləşmələrdən sonra körpünün 10 metrini uçurub yenidən tikmək qərarı verdik. Tikinti işləri davam edir. Yəni guya uçqun barədə xəbər yayılıbsa, biləsiniz ki, onu mən özüm törətmişəm ".

"Xəzər İslands"da 78 ada və 150 körpü və 150 km uzunluğunda bulvar salınacağı planlaşdırılıb. Layihənin dəyəri 100 milyarddan artıqdır. Ötən ay "Xəzər İslands"ın idman kompleksi istifadəyə verilib.

AzNews.az
Bağla X