02:21
(077) 610-22-33

Özbəkistandakı diplomatımız barədə yeni ifşaedici MƏLUMATLAR

  • >
791 18 Noyabr 2013 12:15 | Hadisə

Özbəkistandakı Azərbaycan səfirliyinin müşaviri Nəsimi Ağababayevlə bağlı mətbuatda yayılan informasiyalara yeniləri əlavə olunub.

Belə ki, vəzifəsindən sui-istifadə edərək bir sıra qanunsuz əməllər törətdiyi bildirilən müşavirlə bağlı maraqlı məlumatlar yayılır.

AzNews.az-a Özbəkistandakı mənbələrdən verilən məlumata görə, N.Ağababayevin adı hətta diplomatik nömrəli maşınlarla Tacikistan-Əfqanıstan sərhədindən qanunsuz malların keçirilməsində də hallanır.

Mənbə bildirir ki, hazırda Düşənbədə bir çox iş adamları onu axtarır. Belə ki, N.Ağababayevin təkcə bir iş adamına 15 min dollar borcu olduğu bildirilir. Mənbənin sözlərinə görə, səfirin etibarını qazanan N.Ağababayev qısa zamanda səfirlikdə olan texniki işçilərdən tutmuş, stajlı diplomatlara qədər hər kəsi təəccübləndirib:

"Səfirliyin balansında olan köhnə inventarları dostu Mobil Məmmədov və onun köməkçisi Firudinlə daşıtdıraraq satdırıb. Nəsimi Ağababayevi Daşkənddə "botanik" və "qızıl alverçilərinin krışası" deyə çağırırlar. Ona görə botanik deyirlər ki, Azərbaycandan mandarin ağaclarının gətirilməsi biznesə başlayıb.

Diplomatiyadan fərqli olaraq, biznesdən yaxşı başı çıxan Nəsimi Ağababayev, buradakı Azərbaycan diasporunun sədri Mobil Məmmədov ilə birlikdə şokolad və büllur (xrustal) qab biznesinə girişib. Baxmayaraq ki, əvvəlki səfir Namiq Abbasov diaspora arasında heç bir hörmətə malik olmayan, saxta diplom alan Mobil Mammədovu kriminal keçmişinə, azərbaycanlılara qarşı münasibətinə görə qəbul etmirdi".

N. Ağababayev bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarına qarşı hörmətsiz davranışda, arayışların şişirdilmiş qiymətə satılmasında da ittiham edilir.

Qeyd edək ki, məsələ ilə bağlı XİN və adı çəkilən Nəsimi Ağababyev mətbuata heç bir açıqlama verməyiblər. Bu isə mətbuatdakı məlumatların anonim mənbədən yayılması ilə əlaqələndirilib.

Azər
AzNews.az
Bağla X