Zakir Həsənovdan daha bir ciddi kadr dəyişikliyi

Bu gün Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi polkovnik Vidadi Əsgərov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.


"Qafqazinfo" xəbər verir ki, onun yerinə isə polkovnik Mahmudağa Ağadadaşov təyin edilib.

Xatırladaq ki, Vidadi Əsgərov bir neçə ay əvvəl bu posta təyin olunmuşdu və bundan öncə nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində rəis müavini işləyirdi. Beynəlxalq İdarədə İşləyərkən Türkiyə Silahlı Qüvvələri ilə əlaqələrin genişlənməsində Vidadi Əsgərovun müstəsna rolu olub.

Məlumatlara görə, Vidadi Əsgərov da baş Qərargah rəisi Nəcməddin Sadıqovun güdazına gedib. Əldə etdiyimiz digər məlumata görə isə işdən uzaqlaşdırılması gözlənilən növbəti şəxs 10 il Türkiyədə hərbi attaşe olmuş İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərovdur.

AzNews.az
image description