23:13
(077) 610-22-33

Gülər Əhmədovanın keçmiş vəkilindən təcridxanaya telefon keçirmək cəhdi

  • >
930 19 Noyabr 2013 14:51 | Hadisə

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Dadaşov Emil Rafail oğlunun hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili Mustafayev Raqif Həmid oğlu onunla görüşə gələrkən müəssisənin Nəzarət Buraxılış Məntəqəsində xidmət edən əməkdaşlar tərəfindən xəbərdar edilməsinə baxmayaraq, ona məxsus əl çantasından içərisində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Məlumata görə, E. Dadaşov Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.2; 181.2.2; 185.2.1; 228.4 və 326.2 maddələri ilə təqsirli bilinir, onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qərarı çıxarılıb.

Raqif Mustafayev APA-ya açıqlamasında bildirib ki, həmin telefonu müstəntiqdən alıb: "İşi araşdıran müstəntiq mənimlə görüşəndə telefonu mənə verdi ki, təqsirləndirilən şəxsin ailəsinə çatdırım. Mən də telefonu alıb çantaya qoymuşam. Təcridxanaya gedəndə öz telefonumu maşında qoydum. Həmin telefon isə yadından çıxıb, çantada qalmışdı. Xarab, işləməyən telefondur".

Qeyd edək ki, R. Mustafayev hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
image description image description
Bağla X