Yaponiyalı jurnalist müsəlman oldu

Suriyada gedən prosesləri izləmək üçün aylardı Suriyanın isti bölgələrində çalışan Yapon jurnalisti Mitsuyoshi İvashige müsəlman oldu. Suriyada Türkmən ordusunun əsgərləri ilə birlikdə kəlmeyi-şəhadət gətirən və Mustafa adını alan Yapon jurnalisti Yaponiyada Budizim dininin hakim olduğunu və ölkəsində 60 mindən çox "İlahinin" olduğunu bildirərək, "Müsəlmanlıq və islam məni çox təsirləndirdi. Xüsusi ilə ramazan ayının gəlməsi ilə oruc tutanları gördüm. Toplu halında namaz qılanları gördüm və çox təsirləndim. Budizm məni belə təsirləndirə bilməmişdi. Ona görə müsəlman olmağı uyğun gördüm. Artıq mənim yeni adım Mustafadır" deyib.
Aznews.az saytının dha.com.tr saytına istinad edərək verdiyi məlumatda Yapon jurnalisti Mustafanın müxalif türkmən ordusundan yüksək qayğı gördüyü və onun Türkmən ordusunun əsgərləri ilə bir yerdə qaldığı bildirilir.

Bahadur Qobustan
Aznews.az