19:01
(077) 610-22-33

Metrostansiyalar bağlanır

  • >
587 8 Avqust 2012 08:48 | Hadisə

“20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları beş gün işləməyəcək



Tikinti işlərii ilə əlaqədar olaraq Bakı Metropoliteninin "20 Yanvar-Dərnəgül" sahəsi avqustun 9-u saat 22:00-dan avqustun 13-ü saat 06:00-a qədər bağlanacaq.
Bakı Metropolitenindən AzNews.az-a verilən məlumata görə, həmin müddət ərzində "20 Yanvar-Dərnəgül" və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların ("20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül") xidmətindən istifadə edə bilməyəcəklər. Sərnişinlərdən qeyd olunan müddətlərdə digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.

Mirvari Nəcəf
AzNews.az
Bağla X