- Köhnə - Hadisə
- 20 Noyabr 2013 12:34
- 4 394
DİN qətllə bağlı rəsmi məlumat yaydı
AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 19-da Oğuz rayonunun Muxas kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Binyami Yusifov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Rüfət Salamovu qətlə yetirərək hadisə yerindən qaçıb.
Oğuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Yusifov tutulub, ondan 1 ədəd nömrəsi silinmiş, lüləsi kəsilmiş, müvafiq sənədləri olmayan "İJ-18E" markalı ov tüfəngi götürülüb.
AzNews.az