11:45
(077) 610-22-33

3 yaşlı körpə 7-ci mərtəbədən yıxıldı

  • >
683 8 Avqust 2012 09:19 | Hadisə

Azyaşlı hadisə yerindəcə keçinib


Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, 2009-cu il təvəllüdlü Musayev Şahin Zaur oğlu 7-ci mərtəbədən yıxılıb. AzNews.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, azyaşlı hadisə yerindəcə keçinib. Məlumata görə, 3 yaşlı Ş.Musayev avqustun 7-si saat 19 radələrində anası ilə birlikdə Zığ şosesi 32/75 ünvanındakı qohumunun evinə gəlib. Burada nəzarətsiz qalan uşaq ayağının altına stul qoyub və pəncərəyə çıxıb. Uşaq pəncərənin toruna söykənib və bu zaman tor yerindən çıxıb. Azyaşlı 7-ci mərtəbədən daş örtüklü həyətə düşüb.Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az
Bağla X