Qətlin dəqiq səbəbi hələ ki, məlum deyil Qətlin dəqiq səbəbi hələ ki, məlum deyil

Qardaş qardaşı öldürdü

Qətlin dəqiq səbəbi hələ ki, məlum deyil



Azərbaycanın Qobustan rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 8-də gecə saat 1:00 radələrində Qobustanın Çuxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Səxavət Mirzalı oğlu qardaşı 1982-ci il təvəllüdlü Hümbətov Səyahəti yaşadığı evdə bir neçə bıçaq xəsarəti yetirərək qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilsə də, qətlin dəqiq səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az