23:26
(077) 610-22-33

Şahbaz Xuduoğlu Vergilər Nazirliyini məhkəməyə verdi

  • >
1 050 21 Noyabr 2013 13:05 | Hadisə

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Vergilər Nazirliyinin Vergi Auditi Departamentini məhkəməyə verib.


"Media forum" saytına açıqlamasında Şahbaz Xuduoğlu bildirib ki, məhkəməyə Vergi Auditi Departamentinin noyabrın 1-də "Qanun"da apardığı yoxlama zamanı nəşriyyatın sənədlərini və əmlakını qanunsuz götürməsindən şikayət edib.

İddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub.

Məhkəmə baxışı dekabr ayına təyin edilib.

Şahbaz Xuduğolu deyib ki, nəşriyyatın hüquqlarını vəkil Müzəffər Baxışov müdafiə edəcək: "İddia ərizəsində Vergi Məcəlləsinin hansı maddələrinin pozulduğunu, yoxlama zamanı hansı qanunsuz hərəkətlərə yol verildiyini göstərmişik, sənədlərin qanunsuz götürüldüyünü əsaslandıran qanunvericilik aktlarından misallar gətirmişik".

Vergilər Nazirliyinin Vergi Auditi Departamenti noyabrın 1-də "Qanun" nəşriyyatında yoxlama aparıb. Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatın sənədlərini, əlyazmalarını və kompüterlərini götürüblər. Nəşriyyat fəaliyyətinə bir günlük ara verməli olub. Sonradan "Qanun" fəaliyyətini bərpa etsə də, sənədlər və avadanlıqlar hələ geri qaytarılmayıb.

AzNews.az
Bağla X