13:22
(077) 610-22-33

Konsul işgəncəyə məruz qaldığı bildirilən iranlı ilə görüşdü

  • >
545 22 Noyabr 2013 10:56 | Hadisə

İranın Bakıdakı konsulu bu ölkənin bir neçə gün əvvəl həbs edilən vətəndaşı Həsən Fərəci ilə görüşüb.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, konsulla görüşdə onun ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilib:

"İran səfirliyinin davamlı səylərindən sonra noyabrın 20-də Azərbaycan tərəfi konsulun Həsən Fərəci ilə görüşünə icazə verib. Görüş Həsən Fərəci səfirlik əməkdaşına təşəkkür edib və bildirib ki, onun vəziyyətinin normal olduğu ailəsinə çatdırılsın. Həsən Fərəci ona qarşı irəli sürülən ittihamları rədd edib".

Səfirlik Həsən Fərəcinin vəziyyətinin normal olduğunu bildirib və onun azad olunması üçün fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib:

"Səfirlik iki həftə əvvəl mətbuat vasitəsilə İran vətəndaşının həbs edilməsindən xəbər tutub və aparılmış səylər nəticəsində bu görüş iki həftədən sonra mümkün olub".

Qeyd edək ki, H.Fərəcinin İsrailin ölkəmizdəki səfirliyinin binası qarşısından keçdiyi üçün saxlanıldığı bildirilir. Bəzi məlumatlara görə, H. Fərəci İran xüsusi xidmət orqanlarının agenti olub.

Məhəmməd
AzNews.az
Bağla X