Hayle İbrahimov Azərbaycan Olimpiada tarixində ilkə imza atdı Hayle İbrahimov Azərbaycan Olimpiada tarixində ilkə imza atdı

Atletimiz birinci oldu

Hayle İbrahimov Azərbaycan Olimpiada tarixində ilkə imza atdı

XXX London Yay Olimpiya Oyunlarında atletika yarışlarında Azərbaycanı təmsil edən sonuncu idmançı Hayle İbrahimov bu gün qaçış zolağına çıxıb. AzNews.az saytının Apasport.az-a istinadən verdiyi məlumatına görə, 5000 m məsafəyə qaçan milliləşdirilmiş legionerimiz I qrupda yer alıb.

Saat 14:45-də başlayan yarışda ümumilikdə 43 atlet 2 qrupa bölünüb. İbrahimov 22 nəfərlik I qrupda mübarizə aparıb. 1095 start nömrəsi ilə qaçış zolağına çıxan Hayle Azərbaycan Olimpiada tarixində ilkə imza atıb.

5000 m məsafəni 13:25.23-ə qaçan atletimiz finiş xəttinə 1-ci çatıb. Bu isə o deməkdir ki, İbrahimov final mərhələsinə vəsiqə qazanıb. O, ən yaxın izləyicisini 0,41 saniyə qabaqlayıb.

Haylenin bütün rəqibləri II qrupun çıxışından sonra bilinəcək.


AzNews.az