21:23
(077) 610-22-33

Bəzi yollarda hərəkət tam məhdudlaşdırıldı- Bakıda

  • >
497 23 Noyabr 2013 10:17 | Hadisə

Bakıda GT3 dünya avtomobil yarışının seçim turunun başlanması ilə bağlı bəzi yollar tam məhdudlaşdırılıb. Seçim turunda 14 beynəlxalq komanda və 28 yarış avtomobili iştirak edir.

Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilir.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, avtomobil yarışının seçim turunun başlanılması ilə əlaqədar olaraq artıq birbaşa Azneft dairəsindən Bayıl qəsəbəsi və Bayraq meydanı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.

Onun sözlərinə görə, sabah yarışın final mərhələsi başa çatanadək təhlükəsizliyin tam təmin edilməsi məqsədilə sürücülər, xüsusulə bölgədən paytaxta və paytaxtdan bölgəyə hərəkət edərkən alternativ yollardan istifadə etməlidir.

V.Əsədov bildirib ki, qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət təmin edilib.

Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.

Yarışı izləyən tamaşaçıların daşınması üçün metronun İçərişəhər, Elmlər Akademiyası, Sahil stansiyaları Azneft dairəsi, Səməd Vurğun bağı, "Yeni Bulvar" ərazisindən xüsusi sərnişin marşurutları fəaliyyət göstərir.

Qeyd edək ki, yarışın final mərhələsi noyabrın 24-də olacaq.

AzNews.az
Bağla X