23:43
(077) 610-22-33

Pensiyaçı səs-küylü təmir işlərinə görə qonşusunu öldürdü

  • >
282 23 Noyabr 2013 19:19 | Hadisə


AzNews.az Lenta RU - ya istinadən xəbər verir ki, hadisə Ulan - Ude şəhərinin Jeleznodarojnı rayonunun Prjevalski küçəsində baş verib. Cavan oğlan 23 noyabr axşam(yerli vaxtla) qaynanası, arvadı və uşağı ilə birlikdə maşını ilə evinə yaxaınlaşan zaman yuxarıdan atəş səsi eşidilib. Güllə maşının ön şüşəsinə dəyib və eyni zamanda maşında oturan qaynananı yaralayıb. Gənc o dəıqiqə binanın girişinə qaçaraq pensiyaçının mənzilinə qalxıb. Mənzilin qapısında onu qarşılayan pensiyaçı gəncin sinəsinə atəş açıb. Yara ölümcül olub və təcili yardım gələnə qədər gənc keçinib.
Qonşusunu güllələyən pensiyaçı otağına çəkilib, pəncərədən və balkondan binaya gələnlərə və polislərə atəş açmağa başlayıb. Bu dəfə xəsarət alan olmayıb. Qoca ilə danışıq aparmağa cəhd uğursuz olub, o təslim olmaqdan imtina edərək özünü də öldürüb.
İlkin araşdırmalara görə qonşular arasında münaqişə əvvəldən məişət zəmənində yaranıb. Birinci mərtəbədə yaşayan qonşularının səs-küylü təmir işləri görməsi yaşlı adamın xoşuna gəlməyib və o bir neçə dəfə bu barədə qonşusuna xəbərdarlıq edib. Nəticə olmadığını görən pensiyaçı belə addım atmaq qərarına gəlib.

Əli
AzNews.az

Bağla X