Mingəçevir sakini göldə boğulub

Mingəçevir sakini göldə boğularaq dünyasını dəyişib. Mingəçevir şəhər Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Cəsur Vələddin oğlu göldə batıb. Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib. Araşdırma aparılır.

AzNews.az