Bakıda fəhlə tikintidən yıxılıb öldü

Bu səhər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəhlə ölümü hadisəsi baş verib.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, şəxsiyyəti naməlum fəhlə tikintidən yıxılaraq ölüb. Məlumata görə, hadisə yerinə təcili yardım gəlsə də fəhlənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən xəbərdar olduqlarını deyən Sabunçu rayon prokurorluğunun nümayəndəsi yıxılma faktını istisna edib və ilkin ehtimala görə fəhlənin ürək tutmasından öldüyünü bildirib.

Prokurorluq əməkdaşı həmçinin hadisə yerində müstəntiqlərin işlədiyini, ölümün dəqiq səbəbinin və mərhumun şəxsiyyətinin araşdırmalardan sonra məlum olacağını deyib.