15:10
(077) 610-22-33

Murtuz Ələsgərov I Fəxri Xiyabanda dəfn olundu - Fotolar

  • >
978 8 Avqust 2012 16:15 | Hadisə

Şəhriyar adına Mədəniyyət Mərkəzində Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovla vida mərasimi başa çatıb. AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, sabiq spiker bir neçə dəqiqə öncə I Fəxri Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur Rəsizadə, müdafiə naziri Səfər Əbiyev, Daxili İşlər naziri Ramil Usubov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər hökumət nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Qeyd edək ki, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov ötən gün 84 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra Mərdəkanda, bağ evində dünyasını dəyişib.


Allah Rəhmət Eləsin!


İlkin

AzNews.az

Bağla X