03:01
(077) 610-22-33

Əli Abbasov: “Murtuz Ələsgərov çətin vaxtlarda həmişə mübarizə aparıb”

  • >
626 8 Avqust 2012 16:29 | Hadisə

“Milli Məclisin sədri kimi də öz fəaliyyətində nümunəvi olub”


AzNews.az xəbər verir ki, bunu jurnalistlərə Milli məclisin sabiq spikeri Murtuz Ələsgərovun dəfn mərasimində Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyib.

O, qeyd edib ki, Murtuz Ələsgərov Yeni Azərbaycan Partiyasının qurulmasında çox böyük işlər görüb: "Həmçinin milli məclisin sədri kimi də öz fəaliyyətində nümunəvi olub.

Ümumiyyətlə, Sabiq spiker Azərbaycanın çətin vaxtlarında həmişə mübarizə aparıb, Heydər Əliyev Azərbaycan xalqının taleyüklü problemlərini həll edən zaman köməklik göstərib. Onun həyatdan getməsi bizim üçün, Azərbaycan xalqı üçün böyük itkidir. Allah ona rəhmət eləsin".


İlkin

AzNews.az

Bağla X