- Köhnə - Hadisə
- 25 Noyabr 2013 10:12
- 2 961
88 yaşlı kişi meşədə intihar etdi
Gədəbəy rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qızıltorpaq kəndində qeydə alınıb.
Kənd sakini, 88 yaşlı Gülmalı Əhməd oğlu Məmmədov yaxınlıqdakı meşədə özünü asıb. Onun meyiti ağacdan asılmış vəziyyətdə aşkar edilib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
AzNews.az