15:03
(077) 610-22-33

Niyazinin 100 illiyi qeyd olunur

  • >
654 9 Avqust 2012 08:38 | Hadisə

Yubiley dövlət səviyyəsində qeyd olunacaq

Avqustun 20-si Maestro Niyazinin 100 illik yubileyidir. Bu məqsədlə dahi sənətkarın adını daşıyan ev müzeyində mərasim keçiriləcək. Bu barədə "Aznws.az"-a müzeyin direktoru Rza Bayramov məlumat verib.

"Avqustun 20-si Ramazan bayramına təsadüf etdiyindən yubiley tədbiri ayın 22-nə keçirilib. Mərasimə sənət adamları, tanınmış şəxslər dəvət olunub. Müzey olaraq, biz ilk öncə Fəxri Xiyabana gedəcəyik. Orada Niyazinin qəbrini ziyarət edib, ruhuna dualar oxuyub, üstünə gül dəstələri qoyacayıq. Sonra yubiley mərasimi muzeydə davam edəcək. Yubiley münasibəti ilə Niyazinin üz dildə bukleti nəşr olunub. "Niyazi sənəti və müzeyi" təsviri sənətdə və yeni əsərləri işlənilib hazırlanıb. Bunların hamısı mərasimdə təqdim olunacaq. Amma hazırda yay olduğundan kimlərin gəlib gəlməməsi sual altındadır. Bizdən dəvət etməkdir".

R.Bayramov dedi ki, Niyazinin 100 illik yubileyi dövlət səviyyəsində oktyabrın 5-də Azərbaycan Dövlət Filormoniyasında keçiriləcək.


Lalə

AzNews.az

Bağla X