20:02
(077) 610-22-33

Bakı-Qazax avtomaqistralında avtoqəza: ölənlər var

  • >
299 27 Noyabr 2013 08:00 | Hadisə

Yük "KAMAZ"ının təkərinin partlaması Bakı-Qazax avtomagistralında dəhşətli qəzaya səbəb olub.


Trend məlumat verir ki, hadisə axsam saatlarında Ağstafa rayonu ərazisində baş verib.

Qazaxdan paytaxta sərnişin daşıyan "Mercedes sprinter" markalı avtomobil qarşıdan gələn "KAMAZ"-la toqquşub.

Qəza yük avtomobilin qabaq təkərinin partlaması və sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Zərbənin gücündən içində sərnişin olan mikravtobus magistral yolun kənarında olan arxa düşüb.

Nəticədə "Mercedes sprinter"-in sürücüsü 41 yaşlı Qazax rayon Xanlıqlar kənd sakini Mətləb Musatafayev və yol kənarında dayanan Ağstafa rayon Aşağı Göycəli kənd sakini Niyaməddin Tağıyev yerindəcə dünyalarını dəyişiblər.

Mikroavtobusda olan digər 7 sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, zərərçəkənlərdən İlqar Tağıyev, Orxan Əhmədov, Ceyhun Həşimov ilk yardım aldıqdan sonra evə buraxılıblar.

Digər yaralılar, 1 qadın olmaqla 4 nəfər isə həkim nəzarətindədilər.
Faktla ələqədar BDYP-nin İstinaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

AzNews.az
Bağla X