03:59
(077) 610-22-33

İbrahimbəyovun rejissor dostuna cinayət işi açıldı – 40 milyonluq iddia

  • >
375 27 Noyabr 2013 11:48 | Hadisə

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla birgə çəkdiyi filmlərlə dünyada məşhur olan rejissor Nikita Mixalkova məxsus şirkətlə bağlı cinayət işi açılıb.

Cinayət işi səhmlərinin bir hissəsi Nikita Mixalkova məxsus olan "Çel Prom-Daymond" şirkətinin xarici şirkətə 40 milyon rubl dəyərində brilliant satması ilə bağlıdır. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mixalkovla bərabər kürəkəni Albert Bakova da məxsus olan şirkət 2012-ci ildə "Dundela limited"lə 10 milyon dollar dəyərində brilliantın satışına dair müqavilə imzalayıb. Daha sonra isə 1 milyon 250 min dollar, yəni 40 milyon rubl dəyərində brilliantın təhvil verildiyi sənədlərdə əksini tapıb. Bu ilin iyununda tərəflər arasında təhvil-təslim aktı imzalanıb. Bu akta əsasən 1479,75 karat, 11 695 ədəd brilliant sahibinə verilib. Araşdırma nəticəsində məlum olub ki, müqavilə qanunsuzdur və bu, "Qiymətli daşlar və qiymətli metallar" haqqında qanunu pozur. Çünki kinorejissorun brilliant satdığı şirkət Rusiya ərazisində fəaliyyət göstərmir, qeydiyyatı yoxdur.

Cinayət işi Çelyabinsk prokurorunun şəxsi nəzarəti altındadır. Xəbərdə bildirilir ki, oktyabr ayında "ÇelProm-Daymond"dan 7,2 milyon rubl dəyərində almaz müsadirə edilib.

Qeyd edək ki, N.Mixalkovun Rüstəm İbrahimbəyovla sıx yaradıcılıq əməkdaşlığı olub. 1970-ci ildə N.Mixalkov R.İbrahimbəyovun ssenarisi üzrə ilk debütünü - "Müharibənin sonunda bir sakit gün" qısametrajlı filmini çəkib. Bundan başqa onlar bütün dünyada məşhur olan "Ura, sevgi ərazisi", "Günəşdən usanmışlar" kimi filmlərə imza atıblar. Bu filmlər çox sayda beynəlxalq mükafatlara layiq görülüb.

Elnur
AzNews.az

image description
Bağla X