06:33
(077) 610-22-33

KİV DF “Azadlıq”ın maliyyəsini dayandırdı

  • >
300 27 Noyabr 2013 17:03 | Hadisə

KİV-ə Dövlət Dəstəyi Fondu "Azadlıq" qəzetinə layihələrin maliyyələşdirilməsini dayandırıb. Bu barədə Fondun icraçı direktoru Vüqar Səfərli "Azadlıq"ın baş redaktoru Qənimət Zahidə məktub göndərib.

Məktubda deyilir:


"2013-cü ilin ikinci yarımilliyi üçün Azadlıq qəzetinin redaksiyası ilə mailiyyə yardımı ayrılmasına dair Fondla redaksiya arasında 28 iyun 2013-cü il tarixli 18 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 5.2-ci maddəsinə əsasən maliyyə yardımı Redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən, qanunvericiliyə uyğun olaraq tətbiq edilən maliyyə sanksiyalarının (cərimələrin) ödənilməsi üçün istifadə edilə bilməz.

Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən (sədrlik edən S.Mehrəliyev) iddiaçı Məmmədova Kəbirə Meybulla qızının işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə borclu Azadlıq qəzeti redaksiyasından 30 000 (otuz) min manat tutularaq "Ruhi Əsəb Əlil Qocalar evinin" hesabına köçürülməsi qət edilmişdir. İcra vərəqəsi 25 sentyabr 2013-cü il tarixdə verilmişdir. İcra işi üzrə 24 oktyabr 2013-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsi tərəfindən Azadlıq qəzeti redaksiyasının Bank hesabına həbs qoyulub.

Yuxarıda qeyd edildiyi kimi Azadlıq qəzeti redaksiyası ilə Fond arasında bağlanmış müqaviləyə əsasən tərəfimizdən ayrılan maliyyə yardımı redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyi təqdirdə maliyyə yardımının verilməsi dayandırılır. Odur ki, Azadlıq qəzetinin redaksiyasına ayrılan maliyyə yardımı dayandırılır".


AzNews.az
image description
Bağla X