Yasamalda bıçaqlanma

Yasamalda bıçaqlanma hadisəsi baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun F.Ağayev küçəsində baş verən hadisə münaqişə zəminində olub. Hadisəni Bakı şəhər sakini Elşad Rəhimov törədib. O, həmyerlisi Sərraf Mürsəlova bıçaqla xəsarət yetirib. E.Rəhimov tutulub.

Faktı Yasamal RPİ 28-ci PB araşdırır.

AzNews.az