Tərtərdə ailə faciəsi: ər-arvad öldü


Tərtər rayonunda ailə faciəsi baş verib. Rayonda məskunlaşan Kəlbəcər rayon sakinləri dəm qazından zəhərlənib.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Aşır Əsədov və onun həyat yoldaşı Cahanın meyiti evlərində aşkarlanıb. Onların hamamda olan dəm qazından zəhərlənərək ölüblər.

AzNews.az