Yevlaxda yeməkxana yandı

Yevlaxda yeməkxanada yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yevlax rayonu, Xaldan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 4 otaqdan ibarət yeməkxananın tavanı və dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə yanıb.

Yeməkxananın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 06:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az