Bakıda avtoqəza: ölən var


Baki şəhərində piyadanın ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun A.Şərifzadə küçəsində baş verib. Bakı şəhər sakini Sənan Abasquliyev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə həmyerlisi Orxan Cəfərlini vurub. Xəstəxanaya yerləşdirilən piyada dünən orada ölüb.

AzNews.az