Bakıda evdə partlayış: yaralanan var

Noyabrın 29-da saat 01.00 radələrində Sabunçu rayonunda partlayış hadisəsi baş verib. AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ramana qəsəbə sakini Rahim Quliyevin evinin hamam otağında qaz qızdırıcısı partlayıb. Yanıq xəsarəti almış R.Quliyev xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı evdə dağıntı olmayıb.

Araşdırma aparılır.

AzNews.az