16:07
(077) 610-22-33

Səlim Müslümov məmuru camaatın gözü qabağında cəzalandırdı

  • >
241 29 Noyabr 2013 16:11 | Hadisə

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində müharibə əlilləri və şəhid ailələri üçün tikilmiş 12 mərtəbəli 96 mənzilli yaşayış binasında sakinlərin narazılığına səbəb olan nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə verilən göstərişin icra vəziyyəti ilə yerindəcə tanış olmaq üçün həmin binada olub, binanın sakinləri ilə görüşüb.

Göstərişin icrası olaraq, binadakı istilik xətlərinin və mənzillərin istilik qurğularının təmir olunduğu, bu səbəbdən zirzəmiyə su axmasının qarşısının alındığı, bütün mənzillərə qaz verildiyi, dam örtüyünün sıradan çıxmış hissəsinin yenisi ilə əvəz edildiyi bildirilib. Həmçinin əlil və şəhid ailələri üçün yaxınlıqda yerləşən 36 mənzilli yaşayış binasına gedən, köhnə vəziyyətdə və çürüməkdə olan istilik xətlərinin yaxın bir neçə gündə yeniləşdiriləcəyi barədə nazirə məlumat verilib.

AzNews.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, sakinlər görülən işlərlə bağlı razılıqlarını ifadə edərək, yaşayış binasının həyətində uşaqlar üçün idman və əyləncə qurğularının quraşdırılmasını, ahıl şəxslər üçün istirahət guşəsinin yaradılmasını da xahiş ediblər.

Nazir Səlim Müslümov sakinlərin istəyinə uyğun olaraq, binanın həyətində uşaqlar və ahıl şəxslər üçün guşələrin yaradılması üçün müvafiq işlərin görülməsi, ümumiyyətlə, binada yaşayan əlil və şəhid ailələrinin bu və ya digər problemlərinin operativ öyrənilməsi üçün onlarla tez-tez əlaqə saxlanılması barədə aidiyyatı strukturların rəhbərlərinə tapşırıqlar verib.

Nazir eyni zamanda, Sumqayıt şəhər və Abşeron rayon Əhalinin sosial müdafiəsi mərkəzlərinin, habelə Tibbi-sosial ekspert komissiyalarının iş şəraiti ilə yerindəcə tanış olub. Həmin vaxt bu qurumlara müraciət edən vətəndaşların onlara göstərilən xidmətlə bağlı fikir və rəylərini öyrənən nazir Səlim Müslümov hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib, işində yol verdiyi nöqsanlara görə Abşeron rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktor müavini-Ünvanlı sosial yardım sektorunun müdirinin tutduğu vəzifəsindən azad olması barədə yerindəcə qərar qəbul edib.


AzNews.az
Bağla X