20:03
(077) 610-22-33

Bir neçə gün əvvəl vəfat etmiş şəxsin meyiti tapıldı

  • >
370 29 Noyabr 2013 22:08 | Hadisə

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən döşəmədə bir neçə gün əvvəl vəfat etmiş vətəndaşın meyiti aşkarlanıb. Meyit xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

AzNews.az
Bağla X