Qatar relsdən çıxdı: ölənlər var

ABŞ-ın ən böyük şəhəri hesab edilən Nyu-Yorkda "Metro-North" şirkətinə məxsus olan sərnişin qatarı relsdən çıxıb.

ANS PRESS-in "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 3 nəfər ölüb, onlarla sərnişin isə zədələnib.

Bir neçə vaqon suya düşüb. "Sky News" telekanalı məlumatı yerli polis idarəsinə istinadən yayıb. Əraziyə hüquq-mühafizə orqanları əməkdaşları və xilasedicilər cəlb edilib.


AzNews.az