18:26
(077) 610-22-33

Sürücülərin nəzərinə: Bu yollar bağlı olacaq

  • >
308 2 Dekabr 2013 10:27 | Hadisə

Bu gün Bakıda "Azadlıq" meydanı və "Gülüstan" sarayı istiqamətində yollarda avtomobillərin hərəkətinə 12 saat məhdudiyyət qoyulacaq. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Bölmə rəsinin sözlərinə görə, bu gün saat 10:00-dan etibarən paytaxtın "Abşeron-Mariott" otelində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar "Azadlıq" meydanı və bu istiqamət üzrə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Keçirilən tədbirlə əlaqədar "Gülüstan" sarayı istiqamətində də Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi küçəsi və ona bitişik digər küçə və yollarda fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Məhdudiyyətlər saat 22:00-dək davam edəcək: "YUNESKO-ya üzv olan 180 ölkənin nümayəndə heyətinin iştirakı ilə Bakıda keçiriləcək tədbirin beynəlxalq səviyyəli olduğunu, eləcə də tədbirlərin keçirildiyi hərəkət marşrutu üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə dekabrın 1-dən 8-dək - tədbir tam başa çatana qədər avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamətlər dəyişdiriləcək. Ona görə də Bakı yol polisi sürücülərdən xahiş edir ki, göstərilən müddətdə şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər".

AzNews.az
Bağla X