17:51
(077) 610-22-33

14 yaşlı qız dəm qazından öldü

  • >
437 2 Dekabr 2013 18:39 | Hadisə

Gəncədə 14 yaşlı qız dəm qazından boğularaq ölüb.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə bu gün saat 17 radələrində şəhərin Mahrasabağı yaşayış massivi, Rəfibəyli, 99 ünvanında qeyd alınıb. Belə ki, adıçəkilən ünvanda yaşayan 14 yaşlı Aysel Hüseynli hamamda çimərkən qazla işləyən su qızdırıcısında yaranan nazaslıq dəm qazının hamama dolması ilə nəticələnib.

Yeniyetmə zəhərlənərək dünyasını dəyişib. Dərhal hadisə yerinə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin və Gəncə Şəhər Qaz İstismar Sahəsinin nümayəndələri gəliblər.

Xatırladaq ki, A.Hüseynli 16 nömrəli məktəbin şagirdi olub. Baş vermiş bədbəxt hadisə ilə bağlı aidiyyəti orqanlarda araşdırma aparılır.


AzNews.az
Bağla X