- Köhnə - Hadisə
- 10 Avqust 2012 09:05
- 3 040
Filippinin paytaxtı su altında qaldı
Daşqınlar nəticəsində 366 bina tamamilə dağılıb
Güclü daşqınlar zamanı 70 nəfər həyatını ititrib. Buna səbəb paytaxta bir aylıq normadan daha çox yağıntının düşməsi və nəticədə " Böyük Manilla" çayının hövzəsindən çıxaraq ətraf əraziləri basmasıdır. AzNews.az newsru.com saytına istinadən xəbər verir ki, artıq daşqın suları 12 milyonluq əhalisi olan şəhərin yarısını öz cənginə alıb.
Xilasedicilər insanların həyatlarını qurtarmaqda çətinlik çəkirlər. Verilən məlumatlara görə, daşqınlar nəticəsində 366 bina tamamilə dağılıb, 129 yol və yol qovuşağı tamamilə istifadəyə yararsız hala düşüb.
Filippinin sosial təminat və inkişaf naziri Korason Soliman bildirib ki, "artıq ölkə daşqınlıarla baş edə biləcək vəziyyətdə deyil. Bizə təcili kömək və daha çox könüllü lazımdır".
Sadiq
AzNews.az