04:56
(077) 610-22-33

Monitorinq keçiriləcək

  • >
304 3 Dekabr 2013 09:02 | Hadisə

Cəbhə xəttində növbəti monitorinq keçiriləcək.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimalında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Peter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.

AzNews.az
Bağla X