Çoxmərtəbəli yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən məlumata görə, bu gün günorta saatlarında paytaxtda Həsənbəy Zərdabi küçəsi, 71a ünvanında yerləşən binada yanğın baş verib.

Saat 15:50-yə olan məlumata görə, 17 mərtəbəli yaşayış binasında qeydə alınan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hələlik yanğının səbəbləri və hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilmir.

AzNews.az