04:02
(077) 610-22-33

Güclü külək Göyçayda fəsadlar yaradıb

  • >
234 4 Dekabr 2013 09:07 | Hadisə


Ötən gün saat 16:00 radələrindən başlayaraq əsən güclü külək Göyçay rayonunda ciddi fəsadlara səbəb olub.

AzNews.az xəbər verir ki, rayon ərazisində 7-8 saatdan çox əsən güclü küləyin təsiri nəticəsində Göyçay rayonunun bir hissəsində və bütün kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik və rabitə dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.

İlkin məlumata görə, hazırda Göyçay rayonunun 30-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb.

Külək bəzi evlərin və yardımçı tikililərin üzərindəki dam örtüyünü qoparıb. Belə ki, qonşuluqda tilikmiş evə yaxın bir dam örtüyünün yerindən çıxaraq qonşu evin üzərinə atıb. Xoşbətlikdən heç kim xəsarət almayıb.

Rayonda elektirik enerjisinin verilişi hələ bərpa edilməyib.

Ruhiyyə
AzNews.az
Bağla X