18:16
(077) 610-22-33

Deputatın qardaşı oğlu ilə bağlı ŞOK QƏRAR – Özəl

  • >
367 4 Dekabr 2013 13:38 | Hadisə

"1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insidentə görə həbs edilən , deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovla bağlı AzNews.az-a ilginc məlumat daxil olub.

Məlumatda bildirilir ki, R. Mirələmov bundan əvvəlki həbsi dövründə cəzasının çəkmədiyi hissəsini də çəkəcək. Bu barədə qərar Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə qərarına əsasən Rəşad Mirələmova təyin edilmiş tibbi xarakterli məcburi tədbir ləğv edilib. Həmin tədbirin ləğv edilməsi barədə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilən vəsatət təmin olunub.

Məhkəmə qərara alıb ki, Rəşad Mirələmov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 07 iyul 2004-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 8 il 2 ay 3 gün müddətində olan hissəsini çəkmək üçün xüsusi rejimli cəzaçəkmə müəssisəsinə göndərilsin.

Qeyd edək ki, R.Mirələmov psixi xəstəlikdən əziyyət çəkdiyi üçün cəzanın qalan hissəsini çəkməkdən azad edilmişdi. Məhkəmə isə R. Mirələmovun psixi xəstəlikdən sağaldığını əsas gətirərək, hesab edib ki, ona təyin olunmuş cəzanın qalan hissəsni çəkmək üçün cəzaçəkmə müəssisənə göndərilməlidir.

R. Mirələmov 2010-cu il 16 iyuna qədər ona verilən cəzanın 6 il 9 ay 27 gününü çəkib. Psixi xəstəliklə bağlı məcburi müalicəyə göndərildiyi üçün cəzanın qalan hissəsini çəkməkdən azad edilib.
O, 2012-ci il iyulun 17-də "1001 gecə" istirahət mərkəzində daha bir qətl hadisəsi törədib. Ölümlə nəticələnən hadisə ilə bağlı mühakiməsi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

R.Mirələmovun vəkili Kamandar Nəsibov AzNews.az-a bildirib ki, Lənkəran məhkəməsinin qərarı ilə bağlı Şirvan Apellayasiya Məhkəməsinə şikayət verilib: "Hamı bilir ki, Rəşad psixi xəstəlikdən əziyyət çəkib və məcbur müalicəyə göndərilib. Bununla bağlı bütün sənədlər var. Lənkəran məhkəməsinin onun sağaldığını əsas gətirərək belə bir qərar çıxarmasından apellyasiya şikayəti vermişik. O ki qaldı "1001 gecə"də baş verən hadisəyə, Rəşad Mirələmov hadisəni özünümüdafiə zəminində törədib. Onun hədə-qorxu ilə kimdənsə pul tələb etməsi məhkəmədə təsdiqini tapmır. Çünki Rəşad pulu özü üçün yox, əmək haqqı ödənilməyən fəhlələr üçün alıb. İndi növbəti məhkəmə gedən dövrdə Rəşad Mirələmovun cəzasının çəkilməmiş hissəsini çəkməsi üçün cəzaçəkmə müəssisinə göndərilməsi barədə qərar doğru deyil. Çünki Rəşad Mirələmov sağalmayıb".

Qeyd edək ki, Rəşad Mirələmovun hazırda "Makarov" markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməkdə ittiham olunur.


Elnarə
AzNews.az

Bağla X