18:03
(077) 610-22-33

N!DA-çılardan məhkəmə xəbəri

  • >
169 4 Dekabr 2013 17:03 | Hadisə


Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının 7 üzvü və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.

AzNews.az xəbər verir ki, hakim Cavid Qurbanovun sədrlik edəcəyi proses saat 10:30-da başlayacaq. Qeyd edək ki, bu ilin martında Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və "Nida" üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Bahar
AzNews.az
Bağla X