Murmanskda atışma - 2 ölü, 1 yaralı

AzNews.az Kr.ru saytına istinadən xəbər verir ki, bu gün Murmanskda atışma olub. Hücum edənlər Texniki universitetin yanında, Xibinski döngəsindəki 12 nömrəli evdən bir az aralı yerləşən ticarət bazasında sahibkarlardan birini güllələyiblər. Atışma yerli vaxtla 18.00 - da baş verib. Hadisə zamanı 2 nəfər ölüb, bir nəfər yaralanıb. Artıq ziyan çəkənlərin şəxsiyyətləri məlum olub. Qətli törədənlər gizlənə biliblər. Şəhərdə "Vulkan - 4" planı üzrə axtarış tədbirləri görülür.
Şahidlərin ifadəsinə görə iki killer ticarət bazasının yanındakı kiçik ofisdə gözləyiblər. Atəş tapançadan açılıb. Sahibkarın cangüdənləri yerindəcə keçiniblər, əsas mişen - sahibkar isə sağ qalıb. O reanimasiyaya yerləşdirilib. Bu şəxs "Karina" ticarət şəbəkəsinin sahibidir. Hadisənin səbəbləri araşdırılır.

Əli
AzNews.az