21:56
(077) 610-22-33

Polisdə AXCP funksionerinə xəbərdarlıq edildi

  • >
241 4 Dekabr 2013 22:21 | Hadisə


AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

AXCP mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, N. Ədilov BŞBPİ-nin rəisi Rafiq Abbasov və şəhər prokuroru Əziz Seyidov qəbul edib. Görüşdə Natiq Ədliova sosial şəbəkələrdəki çıxışlarına görə xəbərdarlıq edilib.

N.Ədilovun diqqətinə çatdırılıb ki, sosial şəbəkələrdə ölkənin dinamik inkişafına, həyat səviyyəsinin yaxşılaşmasına, iqtisadi qüdrətinin güclənməsinə xidmət edən islahatların mahiyyətini və əsl gerçəkliklərini əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər səsləndirib və görüntülər yerləşdirib. Bununla iqtisadi sahədə həyata keçirilən tədbirlərin üzərinə kölgə salmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdüb.

Ona xatırladılıb ki, bu xarakterli əməllərini davam etdirsə barəsində qanunverciliyə uyğun ciddi tədbirlər görüləcək.

N.Ədilov bunu əsassız sayaraq xəbərdarlığı imzalamayıb.
N.Ədilov xəbərdarlıqla bağlı facebook səhifəsində münasibətini açıqlayaraq, bunu özünə qarşı təzyiq kimi qiymətləndirib.

AzNews.az
Bağla X