Sərnişin avtobusu qəza törətdi: yaralılar var

Bu gün saat 09:20 radələrində Bakının Xəzər rayonu ərazisində sərnişin avtobusu ağır qəzaya uğrayıb.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsi, polis akademiyasının yanında qeydə alınıb.

136 saylı sərnişin avtobusu yaxınlıqdakı mağazaya girib. Qəza nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralılar 43 yaşlı Rafiz Əsgər oğlu Nəcəfov, 26 yaşlı Elşən Əmirov və 22 yaşlı Hüseyn Mütəllim oğlu Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.(anspress)