“Müasir yazıçıdan konkret janr tələb eləmək sadəlövlük olar” “Müasir yazıçıdan konkret janr tələb eləmək sadəlövlük olar”

Baba Vəziroğlu: “Dincəlirəm, yazıram, düşünürəm...”

“Müasir yazıçıdan konkret janr tələb eləmək sadəlövlük olar”

Mətbuat ancaq şou-biznes əhlinin necə dincəlməyindən yazır. Bəs şairlər, yazıçılar- ədəbiyyat adamları? Görəsən, bu zümrənin insanları harda və necə dincəlir? İlk olaraq əlaqə saxladığımız xalq şairi Baba Vəziroğlu soyuq bulaq suyundan içdiyi üçün boğazı tutulsa da, sən demə, heç də pis istirahət etmirmiş. Bu qizmar yay günlərində vətənimizin dilbər guşələrindən olan İsmayıllıda dincəlir: "İsmayıllı ilə Qəbələ arasındakı Buynuz kəndində- "Ögey ana" filmi çəkilən yerdə- öz bağ evimdə istirahət edirəm. Göyçay çayı həyətdən axır, üç tərəf də meşəlikdir.. Qələm əhli dincələn vaxt yazır, yazan vaxt istirahət edir. Dincəlirəm, yazıram, düşünürəm... Düşünmək ən arzuolunmaz qonaqdir, çünki gecə yatanda yatmağa qoymur, yazanda yazmağa qoymur. Düşünürəm ki, mən kiməm? Həyat haradan gəlib, hara gedir? Nə etmək istəyirəm? Min illərlə bəşəriyyəti düşündürən sualar... Düşünmək sindromu yazanda yazmağa, yatanda yatmağa qoymur". Şairin nə yazdığını soruşunca isə bunları söyləməklə kifayətləndi: "Yazdiqlarımın konkret janrı yoxdur, çünki bizim zəmanənin, müasir dünyanın özünün konkret janrı, kriteriaları, ölçüləri mövcud deyil. Ona görə də müasir yazıçıdan konkret janr tələb eləmək sadəlöhvlük olar".


Başqa ədəbiyyat adamlarının da necə və harda dincəlməyini bilmək istəyirsinizsə, bizi izləyin.


Yaşar

AzNews.az