07:09
(077) 610-22-33

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası - sürücü öldü

  • >
436 5 Dekabr 2013 21:17 | Hadisə

Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 21:00 radələrində Bakı-Qazax yolunun 170-ci kilometrliyində, Kürdəmirin Karrar kəndi ərazisində qeydə alınıb. "Ford" markalı yük maşını qarşı tərəfdə, eyni istiqamətdə hərəkətdə olan rayonun Muğanlı kənd sakini 1991-ci il təvəllüdlü Sadıqov Tərlan Rasim oğlunun idarə etdiyi motosiklı arxadan vurub. Zərbənin təsiri nəticəsində motosikl yoldan çıxaraq aşıb. Motosikl sürücüsü Tərlan Sadıqov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


AzNews.az
Bağla X