22:03
(077) 610-22-33

İsmayıllıda dəhşət: Qaban ovçunu parçaladı- Yenilənib

  • >
4 604 6 Dekabr 2013 12:18 | Hadisə

AzNews.az xəbər verir ki, İsmayıllıda qabanın ovçunu parçalaması hadisəsinin təfərrüatları bəlli olub.

Rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında İsmayıllı rayonu ərazisindəki meşədə baş verib.

Bağəli kənd sakini Nəcəfov Əbülfəz Hacı oğlu dostları ilə birlikdə Yuxarı Gülyan kəndi ərazisində ovda olarkən çöl qabanının hücumuna məruz qalıb. Nəticədə aldığı xəsarətdən Ə. Nəcəfov yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.


***
13:07

İsmayıllı meşəsində qaban ovçunu parçalayıb.


AzNews.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisinə daxil olan meşədə baş verib.

Belə ki, ov etmək üçün meşəyə gedən Əbülfəz adlı şəxs qabanın hücumuna məruz qalıb.

Köməksiz vəziyyətdə olan Əbülfəz qabanın hücumundan xilas ola bilməyib. Vəhşi heyvan 40-45 yaşlarında Əbülfəzin qarın nahiyəsini dağıdıb və nəticədə ovçu keçinib.

İsmayıllı rayon Prokurorluğu AzNews.az-a xəbəri təsdiqləyib.

Ruhiyyə
AzNews.az
Bağla X