19:38
(077) 610-22-33

Ağcabədidə sakinlər etiraz edir: Dəyən ziyan ödənilsin

  • >
474 6 Dekabr 2013 14:53 | Hadisə

Sakinlər İcra Hakimiyyətini, İcra Hakimiyyəti isə FHN-i gözləyir


Dekabrın 3-də Ağcabədi rayonunda əsən küləyin fəsadları hələ də aradan qaldırılmayıb.

AzNews.az-ın məlumatına görə, külək rayonuna külli miqdarda maddi ziyan vurub, bəzi binaların, fərdi evlərin dam örtüyünü dağıdıb, bir sıra yaşayış və ictimai binalara ciddi ziyan yetirib.

Həmin gün küləyin yaratdığı təşviş isə davam edir. Belə ki, sakinlər bu gün Rayon İcra Hakimiyyətində olublar. Verilən məlumata görə, onlar küləyin vurduğu ziyanın ödənilməyəcəyindən narahatdırlar.

Sakinlər AzNews.az-a bildirilib ki, bina və fərdi evlərdə yaşayanlar küləyin vurduğu ziyanı təkbaşına aradan qaldırmaq iqtidarında deyillər.

Ağcabədi rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Əhmədov AzNews.az-a açıqlamasında bildirib ki, küləyin damını qopardığı Üzeyir Hacıbəyov küçəsi – 69 və Heydər Əliyev prospekti 128 nömrəli binalarda vəziyyət araşdırılıb:

"Ərazidə çoxlu böyük çinar ağacları olduğundan sakinlər maşınları kənarda saxlayıblar. Bu səbəbdən nə ziyan çəkən avtomobil və insan tələfatı olmayıb".

80-ci illərdə tikilən binaların 2006-2007-ci illərdə təmir olunduğunu, lakin küləyin çox güclü olması səbəbindən tab gətirə bilmədiyini bildirən FHK-nın sədri bildirib ki, əhaliyə dəyən ziyanla bağlı aktlaşdırma aparılıb:

"Dağıntını topladıq, qopan damları ərazidən tamamilə uzaqlaşdırdıq. Artıq FHN-dən cavab gözləyirik. Nazirlikdən vəsait ayrılan kimi binaların damının təmirinə başlanacaq".

Bir sözlə, rayon sakinləri İcra Hakimiyyətini, İcra Hakimiyyəti isə FHN-i gözləyir.

Ruhiyyə
AzNews.az
Bağla X