02:23
(077) 610-22-33

Qurban Məmmədovun vəkili: “Apellyasiya şikayəti vermişdik”

  • >
360 6 Dekabr 2013 15:20 | Hadisə

Nəsimi Rayon Məhkəməsi bu gün həbsdə olan vəkil Qurban Məmmədovun 3 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Bu barədə məlumatı AzNews.az-a Q.Məmmədovun vəkili Süleyman Qasımov verib.

S.Qasımovun sözlərinə görə, Q.Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub:

"Qurban Məmmədov ona qarşı belə bir hökmün çıxarılacağını bilirdi. Ona görə hələ hökm elan olunmamışdan əvvəl apellyasiya şikayəti verəcəyini dedi. Hətta hakim onu tələsməməyə, apellyasiya şikayətini imzalamağı hökm elan olunduqdan sonraya saxlamağı təklif etdi".


Elnarə
AzNews.az
Bağla X