Nazirdən əsgərə maraqlı jest - FOTO

Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsinə son səfəri zamanı əsgərlərdən birinə maraqlı jest edib. Nazir üzərində xatirə yazısı əks olunan saatı əsgərə bağışlayıb. AzNews.az xəbər verir ki, bu barədə hərbi jurnalist, "Marş" proqramının aparıcısı Rahib Qərib öz "Facebook" səhifəsində paylaşıb: "Bu dəfə cəbhə xəttində müdafiə naziri general-polkovnik Zakir Həsənovun getdiyi səngərlərdə də olduq. Müdafiə naziri ilə görüşdən xoş təəssüratlar hələ də əsgərlərin çöhrəsinə hopub qalmışdı. Nazirin xatirə yazısı olan qiymətli saat bağışladığı əsgər elə sevinc və fəxrlə qolundakı o saatı bizə göstərdi ki, pafoslu olsa da, deyəcəyəm, ətrafa işıq saçırdı... Səngərlərdə işıq yoxdur, bağlı istehkamları işıqlandıran əsgərlərimiz, bəzən də o yerlər haqda səslənən qaranlıq fikirlər var. Qaranlıq qalanları işıqlandırmaq üçün hər kəs özünü sözün əsil mənasında düşmən çəpəri olan oğullarla bir cəbhədə hiss etməlidir"...

AzNews.az
image description