Abşeron və Astarada yanğın

Abşeron və Astara rayonlarında yanğın hadisəsi qeydə alınıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstuksiyaları yanıb. Yaxınlıqdakı transformatorlar yanğından mühafizə olunub.

Astara rayonu, Pensər kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan yeməkxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az